BƏƏ-də qurulacaq günəş ferması dünyada ən ucuz elektrik enerjisi istehsal edəcək
Günəş fermalarında istehsal edilən elektrik enerjisinin dəyəri sürətlə azalmağa davam edir. BƏƏ-də 1 kvt/saat elektrik enerjisini istehlakçılara 1,35 sentə satmağa imkan verəcək günəş generasiyası stansiyasının tikintisinə başlanılır.
Day.Az ictnews.az-a istinadən bildirir ki, BƏƏ-də 2 QVt gücündə günəş elektrik stansiyasının tikintisinə başlanılır. Əbu-Dabi Əmirliyində qurulacaq mexanizm 160 min ailənin ehtiyacını təmin etmək üçün kifayət qədər enerji istehsal edə biləcək.
Günəşli günlərin bolluğu və səhrada geniş istifadə olunmayan sahələrin mövcudluğu BƏƏ-ni fotoelektrik sektorun inkişafı üçün mükəmməl əraziyə çevirir. Məsələn, Əbu-Dabi artıq lazımi elektrik enerjisinin bir hissəsini 1,2 QVt gücündə olan günəş fermasından əldə edir.
Dünyanın əsas iqtisadiyyatına malik ölkələrdə yaşayan istehlakçılar BƏƏ-də olan enerjinin dəyəri haqqında hələ ki yalnız xəyal edə bilərlər - ABŞ-da 1 kVt/saat elektrik enerjisinin orta qiyməti 12 sent, Çində 8 sent, Yaponiya və Almaniyada isə 30 sent təşkil edir.
BƏƏ-də quraşdırılacaq yeni elektrik stansiyası 2022-ci ilə hazır olmalıdır. Onun istifadəsi karbon qazı tullantılarını 3,6 milyon ton azaltmağa imkan verəcək ki, bu da yollardan 720 min avtomobilin çıxarılmasına ekvivalentdir.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.