Rusiyalılar pandemiya fonunda daha çox kitab oxuyurlar
Rusiyalılar koronavirus səbəbindən tətbiq edilən karantin günlərində daha çox kitab oxumağa başlayıblar. Day.Az xəbər verir ki, aparılan təhlillər göstərib ki, bu dövrdə rusiyalılar əvvəlki dövrlə müqayiəsədə təxminən 6 dəfə çox kitab alıblar.
Rusiyanın daha çox kitab satılan regionları isə Moskva, Krasnodar və Tatarıstan olub.
Qeyd olunur ki, daha çox alınan kitablar arasında klassik əsərlər "Hərb və Sülh", "Qərəz və qürur" yer alıb. Müasir ədəbiyyata gəlincə, M.Labkovskinin "İstəyirəm və olacam", Quzel Yahinanın "Züleyxa gözlərini açır" kitabları daha çox satılıb.
Son məlumata görə, Rusiyada koronavirusa yoluxanların sayı 198 676 nəfərə çatıb. Koronavirusdan müalicə olunaraq sağalanların sayı 31 916, ölənlərin sayı isə 1 827 nəfər təşkil edir.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.