https://news.day.az/az/world/1233553.html Türkiyədə koronavirusdan sağalanların sayı 90 minə yaxınlaşır

Türkiyədə koronavirusdan sağalanların sayı 90 minə yaxınlaşır

Dünya xəbərləri, 10 May 2020 07:07 (UTC +04:00) 122 519
Türkiyədə koronavirusdan sağalanların sayı 90 minə yaxınlaşır

Türkiyədə son 24 saat ərzində daha 50 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Day.Az Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 739 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 546 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 137 115 nəfərə çatıb.

Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 89 480 nəfər təşkil edir.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər