ÜST: Dünyada koronavirusa yoluxanların sayı 95 mindən çox artıb
Dünyada koronavirusa yoluxanların sayı 3 855 812 nəfərə çatıb.
Day.Az Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 95 845 nəfər yeni koronavirusa yoluxub, 6 388 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 3 855 812 nəfərə, ölənlərin isə 265 862 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Avropa regionunda qeydə alınıb - 1 682 338 yoluxma və 154 233 ölüm halı. Avropa regionunda sutka ərzində 27 993 yoluxma halı, 2 054 ölüm halı qeydə alınıb.
İkinci yerdə Cənubi və Şimali Amerika qərarlaşıb. Burada yoluxanların sayı 1 636 841, ölənlərin sayı isə 91 893 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 246 022 yoluxma və 8 748 ölüm halı qeydə alınıb.
Ölkələr üzrə hesabatda ən çox yoluxma halları ABŞ-da (1 245 874), İspaniyada (222 857), İtaliyada (217 185), Böyük Britaniyada (211 368), Rusiyada (198 676), Almaniyada (168 551), Fransada (136 578), Türkiyədə (135 569), Braziliyada (135 106) və İranda (104 691) qeydə alınıb.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.