Qırğızıstanda daha 71 nəfər koronavirusa yoluxub

Qırğızıstanda ötən sutka ərzində daha 71 nəfər yeni növ koronavirusa yoluxub.

Trend-in "Kabar"a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin səhiyyə nazirinin müavini Nurbolot Usenbayev deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 1002 nəfərə çatıb.

N.Usanbayev qeyd edib ki, ötən gün həmçinin 17 nəfər koronavirusdan sağalaraq evə buraxılıb. Ümumilikdə ölkədə 675 nəfər koronavirusdan sağalıb.

Qeyd edək ki, Qırğızıstanda koronavirusdan 12 nəfər dünyasını dəyişib.