https://news.day.az/az/world/1233589.html Gürcüstanda 72 həkim koronavirusa yoluxub

Gürcüstanda 72 həkim koronavirusa yoluxub

Dünya xəbərləri, 10 May 2020 09:25 (UTC +04:00) 122 589
Gürcüstanda 72 həkim koronavirusa yoluxub

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxan həkimlərin sayı 72 nəfərə çatıb.

Day.Az APA-ya istinadən bildirir ki, bu barədə Tbilisi İnfeksion Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsersvadze məlumat verib.

O bildirib ki, ölkədə bütün yoluxanların 10%-dən çoxunu həkimlər təşkil edir.

Qeyd edək ki, Gürcüstanda təsdiqlənmiş koronavirusa yoluxma hallarının sayı bu gün 626-ya çatıb. Yoluxanlardan 297 nəfərin sağaldığı, 10 nəfərin isə öldüyü bildirilir, ölkə üzrə 4717 nəfər isə karantində saxlanılır.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər