https://news.day.az/az/world/1233596.html Braziliyada koronavirusdan ölənlərin sayı 10 mini ötüb

Braziliyada koronavirusdan ölənlərin sayı 10 mini ötüb

Dünya xəbərləri, 10 May 2020 10:05 (UTC +04:00) 122 651
Braziliyada koronavirusdan ölənlərin sayı 10 mini ötüb

Braziliyada yeni növ koronavirusdan daha 730 nəfər dünyasını dəyişib.

Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, Braziliyada koronavirusdan ölənlərin ümumi sayı 10 627 nəfərə çatıb.

Bildirilir ki, son sutka ərzində 10 611 nəfərdə koronavirus aşkarlanıb, koronavirusa yoluxanların ümumi sayı 155 939 nəfərə çatıb.

Ən çox ölüm halları San-Paulu (3,6 mindən artıq) və Rio-de-Janeyroda (1,6 minə yaxın) qeydə alınıb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər