https://news.day.az/az/world/1233648.html Dağıstanda mədrəsə koronavirus xəstələri üçün xəstəxanaya çevrilib

Dağıstanda mədrəsə koronavirus xəstələri üçün xəstəxanaya çevrilib

Dünya xəbərləri, 10 May 2020 13:46 (UTC +04:00) 122 613
Dağıstanda mədrəsə koronavirus xəstələri üçün xəstəxanaya çevrilib

Dağıstanın Untsukul rayonunda mədrəsə koronavirus xəstələri üçün xəstəxanaya çevrilib.

Day.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Respublika Müftiliyinin rəsmi saytında xəbər verilib.

"Untsukul rayonuna daha bir kömək edildi - mədrəsə binası COVID-19 xəstələrini yerləşdirmək üçün mərkəzi rayon xəstəxanasına verildi. Baş həkimin sözlərinə görə, müəssisədə hər cür şərait var. Kompleks xəstələrin sonrakı reabilitasiyası üçün də istifadə edilə bilər", - deyə məlumatda bildirilir.

Son xəbərlərə görə, Dağıstanda 2 560 yoluxma halı qeydə alınıb. Pandemiya başlayandan bəri respublikada 679 nəfər sağalıb, 18 nəfər isə ölüb.

 
Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər