https://news.day.az/az/world/1233658.html İspaniyada koronavirusdan ölənlərin sayı 27 minə yaxınlaşır

İspaniyada koronavirusdan ölənlərin sayı 27 minə yaxınlaşır

Dünya xəbərləri, 10 May 2020 14:37 (UTC +04:00) 122 554
İspaniyada koronavirusdan ölənlərin sayı 27 minə yaxınlaşır

İspaniyada son sutka ərzində yeni növ koronavirusa (COVİD-19) yoluxan daha 143 nəfər ölüb. 

Day.Az APA-ya istinadən bildirir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bu, martın 18-dən sonra qeydə alınan ən aşağı ölüm göstəricisidir. Beləliklə, İspaniyada koronavirusdan ölənlərin sayı 26 min 621 nəfərə çatıb.

Son 24 saat ərzində daha 621 nəfər koronavirusa yoluxub, 2 min 214 nəfər sağalıb. İndiyə qədər ölkədə 224 min 390 nəfər koronavirusa yoluxub, 136 min 166 nəfər sağalıb.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər