https://news.day.az/az/world/1235203.html İranın neft dolu tankerləri Venesuelaya yola düşdü

İranın neft dolu tankerləri Venesuelaya yola düşdü

Dünya xəbərləri, 15 May 2020 12:33 (UTC +04:00) 123 301
İranın neft dolu tankerləri Venesuelaya yola düşdü

İranın neft dolu azı 5 tankeri Venesuelaya yola düşüb. Day.Az xəbər verir ki, bu barədə monitorinq xidmətlərinin sənədlərindən məlum olub. Gəmilərdən birinin artıq Atlantik okeanı sularında olduğu bildirilir. Bu, İrandan Venesuelaya ilk böyük həcmdə neft tədarükü hesab olunur.

İran gəmilərinin nefti problemsiz təslim edəcəkləri isə hələ tam məlum deyil. Belə ki, son sutkalar ərzində ABŞ Venesuela sahilləri yaxınlığına azı 4 hərbi gəmi göndərib.

Qeyd edək ki, Venesuela ABŞ və onun müttəfiqləri tərəfindən elan edilmiş blokada səbəbindən yanacaq qıtlığı ilə üzləşib.

Попробуй подписку Trend Premium за 1$
Messencerlərdə bizə qoşulun:

Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.

Xəbər lenti

Daha çox xəbər