Prezident İlham Əliyev: Biz Bakının tarixi memarlıq ansamblını dəyişdirə bilmərik - VİDEO
Biz Bakının tarixi memarlıq ansamblını dəyişdirə bilmərik. Yol-nəqliyyat sisteminin idarə edilməsi və mikromobillik, yəni ictimai nəqliyyata üstünlük verilməsi bir çıxış yolu ola bilər. Bu istiqamət üzrə bizim Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq mütəxəssisləri cəlb etməklə fəal işləyir.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Bakının yeni yol infrastrukturunun xəritəsi təsdiqlənib, 10 yeni metro stansiyasının yeri müəyyən olunub, əlavə iki depo da tikiləcək. Mövcud metro stansiyalarında optimallaşma layihələri icra edilir. "Son 20 il ərzində yeddi metro stansiyası tikilib. Əgər onlar tikilməsəydi, görün, indi vəziyyət necə olacaqdı?", - deyən Prezident İlham Əliyev bildirib ki, mikromobillik, piyadalar üçün daha geniş məkanın verilməsi və bəzi küçələrin ancaq piyadalar üçün təşkili prosesi davam edir və yaxın aylarda ictimaiyyət bunu görəcək. Eyni zamanda, Bakıda yeni ictimai yerlərin yaradılması çox geniş vüsət alıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре