Qəzet redaktorunu yerdə sürüyüb çantasını apardılar - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Gənc qadının çantasını almaq üçün onu yerdə sürüdü
Day.Az Türkiyə mətbuatına istinadən bildirir ki, Antalyada bir qəzetdə redaktor işləyən 36 yaşlı qadın, işdən çıxarkən gözəl hava olduğu üçün evə gəzərək getmək istəyib. Evinə bir neçə metrlik yol qalmış arxadan bir kişinin çantasını tutduğunu hiss edib. Oğru çantasını buraxmayan gənc qadını bir neçə metr sürükləyib. Dizlərindən və qolundan yaralanan qadın yorulduğu üçün çantasını buraxıb. Şübhəli şəxs içində bir qədər pul, kredit kartı və pulqabının olduğu çantanı götürüb aradan çıxıb. Hadisə yerinə gələn polis şübhəlinin ara küçədə onu gözləyən bir motosikletlə ordan uzaqlaşdığını bildirib.
Bahar Məmmədova
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре