https://news.day.az/azerinews/1720319.html
Azərbaycanın düyü idxalına xərci 35%-dən çox artıb
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 62,7 milyon ABŞ dolları dəyərində 60,5 min ton düyü idxal edib. Bu barədə Day.Az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Azərbaycanın düyü idxalına xərci 35%-dən çox artıb

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 62,7 milyon ABŞ dolları dəyərində 60,5 min ton düyü idxal edib.
Bu barədə Day.Az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 16,4 milyon ABŞ dolları və ya 35,3%, həcm baxımından isə 9,5 min ton və ya 18,6% çoxdur.
Ötən ilin ilk 11 ayında düyü idxalı ölkənin ümumi idxalında 0,33% paya malik olub.
Qeyd edək ki, ümumilikdə, 2024-cü ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 2,2 milyard ABŞ dolları dəyərində yeyinti məhsulları idxal edib ki, bu da bir il əvvələ nisbətən 214 milyon ABŞ dolları və ya 10,8% çoxdur.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре