Ancelina Coliyə BMT-də vəzifə verilir

Day.Az представляет новость на азербайджанском языке

Hollivud aktrisası Ancelina Coli 6 övladı ilə birlikdə ABŞ-ı tərk edir.

Day.Az axşam.az-a istinadən xəbər verir ki, o, Britaniyaya köçməyə hazırlaşır. Buna səbəb Ancelinanın BMT-də vəzifə almasıdır.

Colini BMT-də iki məmur dəstəkləyir. Onlardan biri Lordlar Palatasından, digəri isə hakimiyyətə yaxın şəxsdir. 

Bildirilir ki, əgər aktrisa "üzərinə düşən öhdəlikləri düzgün yerinə yetirsə", o, BMT-nin baş katibi olacaq.

Qeyd edək ki, A.Coli bu ilin sentyabr ayında aktyor Bred Pittdən boşanmaq üçün məhkəməyə müraciət edib. O, 6 uşaq üzərində bütün himayədarlığı öz üzərinə götürmək istəyir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.