https://news.day.az/azerinews/1867308.html Azərbaycan əmlak hüquqları reytinqində bütün qonşularını geridə qoydu - SİYAHI Azərbaycan 2026-cı il üzrə Beynəlxalq Əmlak Hüquqları İndeksində 121 ölkə arasında 54-cü yerdə qərarlaşıb. Ölkənin ümumi göstəricisi ötən illə müqayisədə 0,878 bal artaraq 10 mümkün baldan 5,291-ə yüksəlib.

Azərbaycan əmlak hüquqları reytinqində bütün qonşularını geridə qoydu - SİYAHI

Azərbaycanca, 15 октября 2026 17:06 (UTC +04:00) 180
Azərbaycan əmlak hüquqları reytinqində bütün qonşularını geridə qoydu

Azərbaycan 2026-cı il üzrə Beynəlxalq Əmlak Hüquqları İndeksində 121 ölkə arasında 54-cü yerdə qərarlaşıb. Ölkənin ümumi göstəricisi ötən illə müqayisədə 0,878 bal artaraq 10 mümkün baldan 5,291-ə yüksəlib.

Day.Az xəbər verir ki, bu barədə Əmlak Hüquqları Alyansının (Property Rights Alliance) "Beynəlxalq Əmlak Hüquqları İndeksi 2026" hesabatının Azərbaycanın ölkə profilində məlumat dərc edilib.

Hesabata əsasən, Azərbaycan ötən ilki qlobal reytinqlə müqayisədə 25 irəliləyib.

Azərbaycan Beynəlxalq Valyuta Fondu tərəfindən Yaxın Şərq və Mərkəzi Asiya qrupuna, Dünya Bankı tərəfindən isə yuxarı orta gəlirli ölkələr qrupuna aid edilib.

Azərbaycan hüquqi, siyasi, fiziki və əqli mülkiyyət sıralamalarında qonşu ölkələrdən yüksək nəticə qazanıb. Qlobal reytinqdə Ermənistan 56-cı, Gürcüstan 63-cü, Türkiyə 99-cu, İran 107-ci, Rusiyaisə 115-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Beynəlxalq Əmlak Hüquqları İndeksi 2026" hesabatının ilk üç pilləsində Norveç, İsveç və Danimarka qərarlaşıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости