https://news.day.az/azerinews/1867380.html Azərbaycanda bu kəndlərin adı dəyişdirildi Nazirlər Kabineti "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib. Day.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi

Azərbaycanca, 16 октября 2026 00:31 (UTC +04:00) 305
Azərbaycanda bu kəndlərin adı dəyişdirildi

Nazirlər Kabineti "Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 12 may tarixli 404-VIIQ nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib.

Day.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı"nın "Arxeoloji abidələr" bölməsininin "Quba rayonu" hissəsinin 1381-ci bəndinin "Yerləşdiyi ünvan" sütununda "Alekseyevka" sözü "Çinarlı" sözü ilə əvəz edilib.

Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının yerli əhəmiyyətli avtomobil yollarının Siyahısı"nın "Quba rayonu" bölməsində "Alekseyevka" sözü "Çinarlı" sözü ilə, "Vladimirovka" sözü "Elbir" sözü ilə əvəz edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости