Meymunçiçəyi virusu ilə bağlı son statistika açıqlanıb

Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi virusu ilə bağlı dünya üzrə son statistikanı açıqlayıb.

ÜST-ün məlumatına görə, son altı həftə ərzində 16 ölkədən təqdim edilən hesabata əsasən 883 yeni yoluxma halı aşkarlanıb.

 

Ən çox yoluxma Madaqaskarda baş verib. Belə ki, burada altı həftə ərzində 767 yeni yoluxma qeydə alınıb. Ən az yoluxma isə Çin, Danimarka və İrlandiyadadır. Bu ölkələrin hər birində altı həftə ərzində cəmi bir yoluxma faktı qeydə alınıb.

Qeyd edək ki, meymunçiçəyi (mpox) virusu insanlarda və bəzi heyvanlarda yoluxucu xəstəlik yaradan virusdur. Xəstəlik əsasən yoluxmuş şəxslə yaxın təmas, dəri səpgiləri və ya bədən mayeləri vasitəsilə yayılır. Əlamətlərinə hərarət, baş ağrısı, əzələ ağrıları, limfa düyünlərinin böyüməsi və sonradan yaranan dəri səpgiləri daxildir. Əksər hallarda xəstəlik bir neçə həftə ərzində sağalır, lakin bəzi insanlarda ağır fəsadlar yarana bilər.