https://news.day.az/azerinews/1842416.html Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi AÇIQLANIB Bu ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftinin həcmi 10 milyon 556,4 min ton (nəqletmənin 76,8 faizi) təşkil edib. Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi AÇIQLANIB

Azərbaycanca, 18 июня 2026 17:43 (UTC +04:00) 279
Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracının həcmi

Bu ilin yanvar-may aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəql olunan tranzit neftinin həcmi 10 milyon 556,4 min ton (nəqletmənin 76,8 faizi) təşkil edib.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 1 milyon 89,7 min ton və ya 9,4% azdır.
Belə ki, 2025-ci ilin yanvar-may aylarında BTC ilə 11 milyon 646,1 min ton neft nəql edilmişdi.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,4 faizini (8700,0 min ton) Azərbaycanda hasil edilən neft, 17,6 faizini (1856,4 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости