https://news.day.az/azerinews/808514.html
Rio-2016: Azərbaycan Olimpiadada debüt edib
Rio-2016: Azərbaycan Olimpiadada debüt edib
Bu gün Rio Olimpiadasına rəsmən start verilib. Day.Az apasport.az-a istinadən xəbər verir ki, yarışa 56 atletlə yollanan Azərbaycan yığmasının heyətində ilk gündə mübarizəyə 1 idmançı qoşulub.
Bu, kamandan oxatanımız Olqa Senyukdu. Milliləşdirilmiş 25 yaşlı idmançı B qrupunda hədəf önünə keçib. O, 623 xal toplayaraq 37-ci yerdə qərarlaşıb.
Sıralama baxımından əhəmiyyət kəsb edən yarışda atletlər topladıqları xala uyğun avqustun 8-də baş tutacaq 1/32 final üçün yerlərini müəyyənləşdiriblər.
Yarışın mükafatçıları avqustun 11-də bilinəcək.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре