https://news.day.az/azerinews/1361744.html Bakıda hazırda sıxlıq olan küçə və prospektlərin siyahısı açıqlandı Bakı Nəqliyyat Agentliyi paytaxt küçələrində sıxlıq olan əraziləri açıqlayıb.

Bakıda hazırda sıxlıq olan küçə və prospektlərin siyahısı açıqlandı

Azərbaycanca, 15 июля 2021 09:16 (UTC +04:00) 530
Bakıda hazırda sıxlıq olan küçə və prospektlərin siyahısı açıqlandı

Bakı Nəqliyyat Agentliyi paytaxt küçələrində sıxlıq olan əraziləri açıqlayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, hazırda Bakı - Sumqayıt şosesi - (Xırdalan dairəsindən istiqamətindən başlayaraq,20 Yanvar dairəsi istiqaməti), Binəqədi şosesi - (Əsasən,Biləcəri - Baksol yolu ilə kəsişməyə qədər,Şəhər istiqamətində), Yavər Əliyev küçəsi - (Aeroport şossesinə çıxan yol), Qara Qarayev prospekti - (Koroğlu metro stansiyası istiqamətində), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən,əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra,Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi - (Heydər Əliyev prospekti - Köməkçi yol istiqamətində) sıxlıq müşahidə edilir. Həmçinin paytaxtın Afiyəddin Cəlilov küçəsi - (Fəzayıl Bayramov küçəsi ilə kəsişmdən,Cavanşir körpüsünün üzəri istiqamətində) və Babək prospektində - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, şəhər mərkəzi istiqamətində,eyni zamanda Heydər Əliyev prospekti istiqamətində) də sıxlıqdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости