Röya Ayxanın çılpaq fotosessiyasının gizlinləri: "Prinsipə girdi və..."
Day.Az представляет новость на азербайджанском языке
Tanınmış bəstəkar Nailə Mirməmmədli əməkdar artist Röya Ayxanla bağlı maraqlı açıqlama verib.
Day.Az big.az-a istinadən xəbər verir ki, "ATV maqazin onlarla" verilişində qonaq olan sənətçi bildirib ki, R.Ayxanın repertuarında olan, "Söylə, necə unudum" bəstəsini ilk dəfə oxuya bilməyib:
"Xeyli məşq etdik və studiyaya getdik. Mahnını oxuyanda səsi zildə işləmədi. Mənə baxdı qayıtdı ki, sən düz deyirdin. Bu mahnı mənlik deyil. Əlindəki telefonu götürdü çırpdı divara. Bəlkə də o telefonu çətinliklə almışdı. Dedi ki, mən bu mahnını oxumayacağam. Hava da soyuq idi, nazik geyinmişdi, çıxdı getdi. Mən ona demişdim axı bu mahnı sənlik deyil. Sonra Hikmət getdi gətirdi onu. Sonra studiyaya gəldi və 1 dəfə oxudu o mahnını. Sonra Yaltaya müsabiqəyə getdi. Məndən soruşdu ki, orada hansı mahnını oxuyum. Dedim, "Söylə, necə unudum" mahnısını oxu. Çünki o mahnı haradasa Avropada klassik mahnılara yaxın idi. Röya ifa etdi. Yadımdadır, mənə zəng vurdu dedi ki, "Ana, mən tamaşaçıların simpatiyası" adını qazandım. Bakıya gəldi, onda Röya hələ təzə idi. Bunu hər yerdə dedi, amma heç kəs işıqlandırmadı. Onda da Röya dəniz qırağındakı şəkillərini çəkdirib gündəmə gəldi. Və o, tez yayıldı. Bu da prinsip idi. Röya başa saldı ki, sizə, deməli, bu lazım idi?".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре