Quranda deyilir ki, bəzi günahkarları Allah...

Day.Az представляет новость на азербайджанском языке

Bəzi Quran ayələrində bütöv qövmlərin, bəzi hədislərdə isə günahkar şəxslərin müxtəlif heyvanlara dönməsi xəbər verilir. Hətta hədislərdə buyurulur ki, bəzi heyvan növlərinin ətinin yeyilməməsinin səbəbi də budur.

Day.Az islam.az-a istinadən bildirir ki, imanı zəif olan insanlar bu kimi ayə və hədislərə irad tutur, məsələni elə qələmə verməyə çalışırlar ki, guya müsəlmanlar həmin heyvan növlərinin hamısının insandan yarandığına inanırlar. Əslində isə belə deyil. Nə Quranda, nə də hədislərdə deyilmir ki, filan heyvan növünün bütün nümayəndələri əvvəllər günahkar insan olublar. Burada söhbət həmin günahın ağırlğından və günahkar insanın çevrildiyi heyvanın çirkinliyindən gedir. Allah və müqəddəslərimiz bizə çatdırmaq istəyiblər ki, bəzi günahlar nə qədər dəhşətlidir. Eləcə də, bəzi heyvan növləri o qədər çirkindir ki, Allah günahkarları onlara döndərib. Əgər məsləhət bilinsəydi, Allah həmin insanları başqa heyvan növlərinə çevirərdi. Bu dərəcədə çirkin oduqlarına görə həmin heyvan növlərinin ətini yemək günah sayılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.