Neymar Messi kimi imicini dəyişib

Day.Az представляет новость на азербайджанском языке.

"Barselona" klubunun hücumçusu Neymar imicini dəyişib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Braziliya yığması ilə Olimpiya çempionluğunu qazanan Neymar qələbə şərəfinə imicini dəyişmək qənaətinə gəlib. O, əvvəlcə bu qələbənin şərəfinə qoluna yeni döymə çəkdirib. Daha sonra isə imicini dəyişərək sarışın görkəm alıb. "Sambaçı" bu imiclə daha çox Messiyə bənzəməyə çalışıb.

Qeyd edək ki, Braziliya Olimpiya yığması turnirin finalında Almaniyaya penalti seriyasında qalib gəlib. Həlledici zərbəni isə Neymar vurub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.