Zamiq: "Çox xoşbəxtəm"

Day.Az представляет новость на азербайджанском языке

"Bu gün Dövlət Televiziyasında çox sevdiyim Nərgiz Cəlilovanın "Sevənlər" verilişi Afaq Bəşirqızıya həsr olunmuşdu".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Zamiq Hüseynov yazıb. 

Sənətçi bildirib ki, uşaqlıqda xalq artisti Afaq Bəşirqızının pərəstişkarı olub:

"Bu proqrama sürpriz olaraq mən dəvət edildim. Çünki Afaq xanımın ən çox sevdiyi mahnı "Sən necə də gözəlsən"dir. Nərgiz xanım mənə telefonla zəng vurub dedi ki, Zamiq, gəl bunu edək. Mən də təbii ki, böyük sevgi ilə qəbul etdim. İki çox sevdiyim dəyərli sənətkarla bir səhnəni paylaşdım.

Çox xoşbəxtəm. Allah bunları bizə çox görməsin. Hər ikisi öz sahələrində bizim canlı sərvətimizdirlər. Bir də verilişdə qeyd etdim ki, uşaqlıqdan bu qadının fanatı olmuşam. Aktrisa kimi o mənim gözümdə böyük obraz kimi canlanıb. Nə biləydim ki, bir gün gələcək, o qadın da məni bir sənətçi kimi sevəcək. Allah hamının ürəyincə versin".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.