https://news.day.az/azerinews/1867742.html
Zabrat–Maştağa yolunun bir hissəsində hərəkət tam məhdudlaşdırılıb
Sabunçu rayonunda Zabrat-Maştağa avtomobil yolunun bir hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunub.

Day.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, məhdudiyyət bu gündən yolun Zabrat dairəsindən Maştağa qəsəbəsinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsinədək olan hissəsini əhatə edir.
Əks istiqamətdə isə oktyabrın 19-u saat 08:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре