Cəlilabadda 45 yaşlı qadını əqrəb sancıb

Day.Az представляет новость на азербайджанском языке

Hadisə ötən gün axşam saatlarında rayonun Zopun kəndində baş verib.

Day.Az CTV-yə (Region TV) istinadən xəbər verir ki, kənd sakini Şəhla Səmədova həyətində yun toplayarkən əqrəb onun sol ayaq nahiyəsindən sancıb. O, əvvəlcə buna əhəmiyyət verməsə də, ayağında şiddətli ağrıların artdığını hiss etdikdən sonra yaxınlarına xəbər verib.

Cəlilabad Mərkəzi rayon Xəstəxanasına çatdırılan xəstəyə əqrəb zəhəri əleyhinə zərdab vurulub. Hazırda onun vəziyyəti orta ağır olaraq qalır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.