https://news.day.az/azerinews/1867736.html Süni intellekt 2030-cu ilədək 92 milyon iş yerini aradan qaldıra bilər Türkiyənin Sivas Cümhuriyyət Universitetinin dosenti, sosial siyasət üzrə mütəxəssis Abulkadir Yüksel süni intellektin əmək bazarına təsirləri barədə xəbərdarlıq edib.

Süni intellekt 2030-cu ilədək 92 milyon iş yerini aradan qaldıra bilər

Azərbaycanca, 17 октября 2026 11:49 (UTC +04:00) 195
Süni intellekt 2030-cu ilədək 92 milyon iş yerini aradan qaldıra bilər

Türkiyənin Sivas Cümhuriyyət Universitetinin dosenti, sosial siyasət üzrə mütəxəssis Abulkadir Yüksel süni intellektin əmək bazarına təsirləri barədə xəbərdarlıq edib.

Day.Az xəbər verir ki, onun sözlərinə görə, sənaye inqilabı fiziki əməyin, kompüterlər isə hesablama işlərinin avtomatlaşdırılmasına səbəb olduğu halda, süni intellekt zehni əmək, təhlil və yazı işlərini də dəyişdirir.

Yüksel Dünya İqtisadi Forumunun proqnozlarına istinadən bildirib ki, 2030-cu ilədək dünyada 170 milyon yeni iş yeri yaradıla, 92 milyon iş yeri isə aradan qalxa bilər. Beynəlxalq Əmək Təşkilatının araşdırmasına görə, dünyadakı hər dörd iş yerindən biri generativ süni intellektin təsirinə məruz qala bilər. Bununla belə, mütəxəssis işlərin böyük hissəsinin tamamilə yox olmaq əvəzinə dəyişəcəyini vurğulayıb.

Ekspertin fikrincə, xüsusilə çağrı mərkəzləri və ofis işləri kimi sahələrdə çalışanlar risk altındadır. Müəllim, həkim və hüquqşünas kimi peşələr qalmağa davam etsə də, süni intellektdən istifadə etməyi bacaran mütəxəssislər üstünlük qazanacaqlar. Yüksel qeyd edib ki, iş yerlərinin dəyişməsi çalışanlardan yeni bacarıqlar öyrənməyi və əmək bazarına uyğunlaşmağı tələb edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости