https://news.day.az/azerinews/1352109.html
Koronavirus laboratoriyada hazırlanıb? - ÜST rəhbəri danışdı
Koronavirus laboratoriyada hazırlanıb? - ÜST rəhbəri danışdı
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adan Gebreyesus G7 zirvəsində "COVID-19" virusunun laboratoriyadan sızması versiyasını istisna etmədiyini və Çinin virusun mənbəyini araşdırmağa kömək etməsini lazım olduğunu bildirib.
Milli.Az bildirir ki, bu barədə "Daily Mail" xəbər verir.
"Düşünürəm ki insanlar virusun haradan gəldiyini öyrənməlidirlər, buna layiqdirlər. Bu, gələcəkdə pandemiyanın təkrarlanmasının qarşısını almaq üçün lazımdır", - deyə nəşr ÜST-nin baş direktorundan sitat gətirib.
Onun sözlərinə görə, koronavirusun mənşəyi ilə bağlı istintaqın başlanğıcında Çin tərəfindən kifayət qədər "şəffaflıq və əməkdaşlıq" göstərilməyib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре