https://news.day.az/azerinews/1867705.html Füzuliyə köçürülən 1 100-dən çox sakin məşğulluq tədbirlərinə cəlb edilib Füzuli şəhərinə köçürülən sakinlərdən 1 100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib. Day.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Füzuliyə köçürülən 1 100-dən çox sakin məşğulluq tədbirlərinə cəlb edilib

Azərbaycanca, 17 октября 2026 09:22 (UTC +04:00) 189
Füzuliyə köçürülən 1 100-dən çox sakin məşğulluq tədbirlərinə cəlb edilib

Füzuli şəhərinə köçürülən sakinlərdən 1 100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib.

Day.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi Füzuli şəhərinə köçürülmüş sakinlərlə bağlı aktiv məşğulluq tədbirlərini davam etdirir.

Köçürülən sakinlərdən 1 030-dan çox şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, köçürülmüş sakinlərdən 60 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb).

70 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости