Payızda dəri quruluğuna qarşı diqqətli olun
Havaların soyuması və rütubətin azalması dəridə quruluq, qabıqlanma və qaşınmaya səbəb ola bilər. Dərinin gərginləşməsi və xüsusilə axşam saatlarında qaşınmanın artması onun qoruyucu baryerinin zəifləməsindən xəbər verə bilər.
Day.Az xəbər verir ki, uşaqlar, yaşlılar, psoriaz və atopik dermatitdən əziyyət çəkənlər dəri quruluğuna daha çox meyillidirlər. Diabet və qalxanabənzər vəzi problemləri də bu vəziyyətə səbəb ola bilər. Quruluq uzun müddət davam edərsə və güclü qaşınma yaranarsa, həkimə müraciət etmək tövsiyə olunur.
Mütəxəssislər qısa və ilıq duş qəbul etməyi, duşdan sonra dərini ovuşdurmadan qurulamağı və dərhal nəmləndirici çəkməyi məsləhət görürlər. Soyuq aylarda daha qatı, həssas dərilər üçün isə ətirsiz nəmləndiricilərə üstünlük vermək, sərt sabunlardan uzaq durmaq vacibdir. Balanslı qidalanma və kifayət qədər su qəbulu da dəri sağlamlığını dəstəkləyir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре