Qadın və kişi beyni arasında

Day.Az представляет новость на азербайджанском языке

ExoBaku.com Rusiya KİV-nə istinadən qadın və kişi beyni arasındakı 20 fərqi təqdim edir.

1. Qadın beyninin kişi beyninə nisbətən 10% kiçik olması çoxdan sübut edilib. Amma bu intelektin səviyyəsinə təsir etmir.

2. Yaş ötdükcə kişilərin beyni qadın beyninə nisbətən daha tez qısalır.

3.  Qoyulmuş eyni məsələnin həlli zamanı qadın və kişi beyninin müxtəlif hissələri reaksiya verir.

4. Əgər kişi azıbsa, onda o hərəkət istiqamətini və qət etdiyi məsafəni yadında saxlayacaq. Qadınlar isə oriyentirlər obyektidir. Bu həmçinin sükan arxasında da belədir: kişilər yolu məsafələrin rəqəmsal mənaları ilə, qadınlar isə yoldakı hər hansı lövhələr və mağazaların vitrinləri ilə yadda saxlayırlar.

5. Qadınlar tez-tez hər şeyi təfərrüatlarına kimi xatırlayırlar, kişilər üçün isə yekun fikirlər kifayət edir.

6. Kişilər məlumatları tez qəbul edir, buna görə də tez reaksiya verirlər. Amma...

7. Qadınlar tez-tez bir neçə informasiya axınlarını qəbul edə bilirlər, kişilər isə nəyisə "eyni zamanda etmək məcburiyyətində qaldıqda qıcıqlanırlar.

8. Kişilər dəqiq elmlərdə daha güclüdürlər. Qadınlara isə humanitar elmlər daha yaxındır.

9. Kişilər intim münasibətlər haqqında hər dəqiəq fikirləşir, qadınlar isə onu neçə gündən bir xatırlayırlar. Maniya və digər ifratçılıq hesaba alınmır.

10. Qadınlar daha çox söhbətcildirlər. Belə ünsiyyətcillik beyindəki həzz mərkəzinin işi ilə əlaqədardır.

11. Kişilər və qadınlar kəskin və qıcıqlandırıcı səslərə müxtəlif cür reaksiya verirlər.

12. Qadınlarda inamı bərpa etmək üçün 20 saniyəlik möhkəm qucaqlama kifayət edər.

13. Qadınlar gün ərzində kişilərə nisbətən üç dəfə çox söz işlədirlər.

14. Qadın beyni fəaliyyət zamanı tez isinir, çünki daha çox qlükoza "yandırır".

15. Qadın və kişilərin yumoru qəbul etmə hissləri fərqlidir. Kişiləri şən final daha çox həyəcanlandırdığı halda, qadınlar bütünlükdə yumorun incəliyindən, dilin şərhindən ləzzət alırlar.

16. Qadınların təşkilati bacarıqları daha yaxşı inkişaf edib.

17. Kişilərin musiqini düzgün qavrama qabiliyyəti qadınlara nisbətən zəifdir. Buna görə qadınlar incə intonasiyaları eşitsələr də, kişilər həmişə bunu eşitmir.Toxunulmaqla duyulan duyğulara gəlincə bu sahədə kişilər həmişə qadınlara uduzurlar. Kişilərin görmə qabiliyyəti də kifayət qədər şəhvətləndirilmiş olur, qadınlar isə istənilən hadisəni təfərrüatları ilə xatırlayırlar.

18.  Kişilər nitqi məntiqin köməyi ilə qəbul edir, çünki "deyiləni dəqiqliklə eşidirlər", qadınlar isə intiusiya və hisslərini işə salır, ona görə də onların gözlərinə "hər yerdə hansısa əlamətlər görünür" .

19.  Qadınlar təbiətən ünsiyyətcildirlər, kişilər isə aqressiv şəkildə rəqabət edəndirlər. Buna görə də onlar tez-tez dava edirlər. Elə bu səbəbdən qadınlar kişilərin onlarla uzun müddət söhbət edə bilməmələrindən qıcıqlanırlar. İş orasındadır ki, kişilərin nitqi zəif inkişaf edib.

20.  Əgər yolda top varsa, kişi onu ayağı ilə vuracaq, qadın isə böyük ehtimalla götürəcək və sinəsinə sıxacaq. Kişi və qadın təbiəti arasındakı müxtəliflik özünü belə biruzə verir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.