Ürək transplantasiyası insanın xarakterini dəyişə bilərmi?
Çinli professor Syaopin Ren ürək transplantasiyasından sonra bəzi insanların xarakterində dəyişikliklərin müşahidə oluna biləcəyini bildirib.
Day.Az xəbər verir ki, onun sözlərinə görə, belə hallar elmi baxımdan dərindən araşdırılmalıdır.
Professor qeyd edib ki, ürək köçürülən pasiyentlərin xasiyyətinin dəyişməsi ilə bağlı hekayələr eşidib. Bununla belə, bu cür dəyişikliklərin transplantasiya ilə birbaşa əlaqəli olduğunu təsdiqləmək üçün əlavə elmi araşdırmalara ehtiyac var.
Alim, həmçinin heyvan orqanlarının insana köçürülməsini nəzərdə tutan ksenotransplantasiya sahəsindəki tədqiqatların perspektivli olduğunu vurğulayıb. Xüsusilə donuz orqanlarının tibbdə istifadəsi araşdırılır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре