Yumurta qan şəkərinə necə təsir edir?
Yumurta az miqdarda karbohidrat, zülal və yağ ehtiva etdiyindən qan şəkərinin səviyyəsinə adətən cüzi təsir göstərir. Bir iri yumurtada təxminən 6,2 qram zülal, 5 qram yağ və 0,5 qram karbohidrat var.
Day.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yumurtanın tərkibindəki zülal və yağ toxluq hissinin daha uzun müddət davam etməsinə kömək edir. O, həmçinin vitaminlər və omeqa-3 yağ turşuları ilə zəngindir. Şəkər və sadə karbohidratlarla zəngin qidalardan fərqli olaraq, yumurta qlükozanın kəskin yüksəlməsinə adətən səbəb olmur.
Diabetli insanlar da yumurta istehlak edə bilərlər. Lakin qidalanma rejimi fərdi sağlamlıq vəziyyətinə və yanaşı xəstəliklərə uyğun planlaşdırılmalıdır. Xüsusilə əlavə sağlamlıq problemləri olan şəxslərə yumurtanın miqdarı və qidalanma qaydaları barədə həkimlə məsləhətləşmək tövsiyə olunur.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре