https://news.day.az/azerinews/1817255.html Cey Di Vens Prezident İlham Əliyevə və Baş nazir Nikol Paşinyana təşəkkür edib ABŞ-nin vitse-prezidenti Cey Di Vens Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana sülhün təşviqində liderliklərinə və tərəfdaşlıqlarına görə təşəkkürünü bildirib. Day.Az Trend-ə istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtonda Sülh Şurasının ilk iclasında çıxışı zamanı qeyd edib.

Cey Di Vens Prezident İlham Əliyevə və Baş nazir Nikol Paşinyana təşəkkür edib

Azərbaycanca, 19 февраля 2026 19:45 (UTC +04:00) 350
Cey Di Vens Prezident İlham Əliyevə və Baş nazir Nikol Paşinyana təşəkkür edib

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana sülhün təşviqində liderliklərinə və tərəfdaşlıqlarına görə təşəkkürünü bildirib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, o, bu barədə Vaşinqtonda Sülh Şurasının ilk iclasında çıxışı zamanı qeyd edib.

"Tərəfdaşlığınıza görə minnətdarıq və xüsusilə də ötən həftə görüşdüyüm Azərbaycan Prezidenti İlham Əliyevə, Ermənistan Baş nazirinə bunu mümkün etdiyiniz və əsl liderliyin nələrə nail ola biləcəyini göstərdiyiniz üçün hamınıza təşəkkür edirik", - o deyib.

Vens vurğulayıb ki, Sülh Şurasının əsas məqsədi əldə edilən razılaşmaların davamlılığını təmin etməkdir.

"Əsas məsələ Sülh Şurasının işidir - sülhün davamlı olmasını təmin etməkdir. Bu, hamınızın əldə etdiyi inanılmaz bir nailiyyətdir. Bu gün burada toplaşan, gələcəyə, sülhə sərmayə qoyan bütün liderlərə minnətdarlığımızı bildiririk", - o qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости