Türkiyənin xarici ölkələrdəki 300 diplomatı ölkəyə çağırılıb
Day.Az представляет новость на азербайджанском языке
Türkiyənin xarici ölkələrdəki diplomatik missiyalarında çalışan 300 diplomat ölkəyə çağırılıb.
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, diplomatlar Ankara Baş Prokurorluğunun də Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar aparılan istintaq çərçivəsində ölkəyə çağırılıb.
Prokurorluq FETÖ-nün təhlükəsizlik, məhkəmə, siyasət, təhsil və iş dünyası ilə bərabər diplomatik sahədə təşkilatlanmasını da araşdırır.
Türkiyə Xarici İşlər Nazirliyi FETÖ ilə əlaqəsi olunan diplomatların vəzifələrindən uzaqlaşdırılacağını, FETÖ ilə əlaqəsi olmayanların isə vəzifələrinin icrası üçün diplomatik missiyalara geri qaytarılacağını açıqlayıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре