https://news.day.az/azerinews/1856897.html Sentyabrın 1-dən bu marşrutda avtobuslar dəyişdirilir Bakının Nərimanov rayonundakı Nemət Quliyev küçəsi ilə Xırdalan şəhərində yerləşən Bakı Mühəndislik Universitetini birləşdirən 199 nömrəli müntəzəm marşrut üzrə bütün avtobuslar yenilənəcək. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Sentyabrın 1-dən bu marşrutda avtobuslar dəyişdirilir

Azərbaycanca, 31 августа 2026 12:41 (UTC +04:00) 146
Sentyabrın 1-dən bu marşrutda avtobuslar dəyişdirilir

Bakının Nərimanov rayonundakı Nemət Quliyev küçəsi ilə Xırdalan şəhərində yerləşən Bakı Mühəndislik Universitetini birləşdirən 199 nömrəli müntəzəm marşrut üzrə bütün avtobuslar yenilənəcək.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, sentyabrın 1-dən etibarən sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə marşrut xəttində fəaliyyət göstərən dizel mühərrikli avtobuslar daha ekoloji və müasir CNG texnologiyası ilə təchiz olunmuş "Iveco" markalı avtobuslarla əvəzlənəcək.

Marşrut üzrə gedişhaqqı 65 qəpikdir və ödəniş yalnız nağdsız formada həyata keçirilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости