"Almaniya Bakıdan Qarabağ icazəsi almalıdır"

Almaniya rəsmiləri müxtəlif dövrlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Prezident İlham Əliyevin Almaniya səfəri zamanı da kansler Angela Merkel münaqişənin beynəlxalq hüququn normalarına uyğun həll edilməsinin vacibliyini vurğulayıb.
Ştaynmayerin Dağlıq Qarabağa planlaşdırılan səfərini müzakirə edən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, əgər alman rəsmisi Ermənistan rəhbərliyi ilə Laçın dəhlizindən Xankəndinə gədəcəksə, o zaman separatçılığı bəri başdan müdafiə etmiş olacaq.
"Frank-Valter Ştaynmayer beynəlxalq hüququ və Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələrini nəzərə alırsa, Dağlıq Qarabağa Bakıdan səfər edəcək. Ermənistan bu səfərdən öz məqsədləri üçün istifadə edə bilərlər. Çünki Dağlıq Qarabağ heç bir dövlət və təşkilat tərəfindən tanınmayan separatçı qurumdur. Ona görə də Ştaynmayer Dağlıq Qarabağa səfər etməmişdən əvvəl Azərbaycanın siyasi hakimiyyətindən icazə almalıdır. Əks təqdirdə bu səfər onun ATƏT-in fəaliyyətdə olan sədri kimi reputasiyasına ciddi zərbə ola bilər. Ştaynmayer səfərlə qarşısına hənsı hədəfləri və məqsədləri qoyduğu məlum deyil", - deyə politoloq bildirib.
Qabil Hüseynli bildirib ki, kansler Angela Merkel münaqişənin Rusiyanın əlində olduğunu deyib. "O zaman Ştaynmayerin Dağlıq Qarabağa səfərinin heç bir əhəmiyyəti qalmır".
Aprelin əvvəlində cəbhə xəttində həyata keçirilən hərbi əməliyyatlardan sonra Almaniya 7 maddəlik yeni təkliflər planı hazırlamışdı.
Hazırlanan yeni planın əsas məqsədi işğal altında olan Dağlıq Qarabağ bölgəsində gərginliyin azaldılması, daimi sülhün təmin olunmasıdır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре