Saçınız tökülməyəcək

Day.Az представляет новость на азербайджанском языке

Saç tökülməsi əksər insanın qarşılaşdığı problemlərdən biridir.

Day.Az ATV.az-a istinadən ilk gündən saçınıza müsbət təsir edən faydalı maska təqdim edir:

Saçlarınızı yuyarkən istifadə etdiyiniz qədər şampunu bir qaba tökün, üzərinə C, A, B, PP, B6, B12 vitaminlərini əlavə edin (vitaminlər apteklərdə satılır). Əgər saçınızı 2 dəfə yuyursunuzsa, 2-ci yumada şampunu 5 dəqiqə saçınızda saxlayıb sonra yuyun. Elə ilk dəfədən görəcəksiniz ki, saçlarınız necə parlaq və həcmli olur. Bu qatqılar həm də saç tökülməsinin qarşısını alır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.