Hava ilə bağlı XƏBƏRDARLIQ - Temperatur enir
Noyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10 dərəcədən 13 dərəcəyədək, gündüz 15 dərəcədən 18 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-85 %, gündüz 65-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5 dərəcədən 10 dərəcəyədək, gündüz 17 dərəcədən 21 dərəcəyədək , dağlarda gecə 3 dərəcədən 8, gündüz 13 dərəcədən 18 dərəcəyədək olacaq.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре