Bakıda Türkiyəyə dəstək aksiyası - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Vətəndaşlar "Var olsun Türkiyə", "Terrora yox" kimi şüarlar səsləndiriblər.
Azərbaycanlılar Türkiyənin Bakıdakı səfirliyinin qarşısında toplaşıblar.
Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, dünən İstanbulda baş verən terroru lənətləyən vətəndaşlarımız hadisənin qurbanı olan şəxslərin xatirəsinə ehtiramla yad edib, səfirliyin ətrafına gül dəstələri qoyublar.
Vətəndaşlar "Var olsun Türkiyə", "Terrora yox" kimi şüarlar səsləndirərək hər zaman qardaş ölkənin yanında olduqlarını deyiblər. Bildiriblər ki, Azərbaycan xalqı hər zaman terrorla mübarizədə Türkiyənin yanındadır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

