Zaurun səhhəti pisləşdi

ATV telekanalında yayımlanan "Bizimləsən" proqramı yarımçıq dayandırılıb.

Day.Az Metbuat.az-a istinadən xəbər verir ki, buna səbəb aparıcı Zaur Baxşəliyevin özünü pis hiss etməsi səbəb olub.

ATV televiziyasının mətbuat katibi Ozal İbrahimli Metbuat.az-a açıqlamasında bildirib ki, aparıcı Zaur Baxşəliyev özünü pis hiss etdiyi üçün ona istirahət etməsi tövsiyyə olunub. Ozal İbrahimlinin sözlərinə görə, Zaur Baxşəliyev sabahdan etibarən işinin başında olacaq.