Yasamalda 18 yaşlı gənc başından bıçaqlandı

Day.Az представляет новость на азербайджанском языке

Bakının Yasamal rayonunda 18 yaşlı gənc naməlum şəxs tərəfindən bıçaqlanıb.

Day.Az-ın Report-a istinadən məlumatına görə, ötən gün Məmməd Rahim küçəsi, 20 ünvanında naməlum şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini, 18 yaşlı Vüsal Hüseynovun baş nahiyəsinə bıçaqla xəsarət yetirib. V.Hüseynov tibbi yardım göstərilməsi üçün Kliniki Tibbi Mərkəzə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.