Torpaq almaq istədi aldadıldı: 37 minlik fırıldaq

Day.Az представляет новость на азербайджанском языке:

Torpaq almaq istəyən Bakı sakini dələduzluqla qarşılaşıb.
 

Milli.Az musavat.com-a istinadən bildirir ki, 1966-cı il təvəllüdlü Rüzgar Əliyev Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinə müraciət edərək 37500 manatının mənimsənildiyini bildirib.

R.Əliyev 2014-cü ilin oktyabr ayında 1984-cü il təvəllüdlü İlkin Bədəlovun ondan torpaq sahəsini özəlləşdirmək adı ilə aldığı pulu geri qaytarmamasından şikayətçidir. Faktla bağlı araşdırma aparılır.