Azərbaycanda direktor qəfil öldü

Azərbaycanın əməkdar rəssamı, professor Fikrət Həşimov bu gün dünyasını dəyişib.

Day.Az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə  professorun qardaşı AMEA Rəyasət Heyətinin birinci vitse-prezidenti Arif Həşimov məlumat verib:

"Heç özümüz də bilmirik nədən rəhmətə getdi", - deyə mərhumun qardaşı əlavə edib. 

Qeyd edək ki, Həşimov Fikrət Məmməd oğlu Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecinin direktoru idi.