https://news.day.az/azerinews/1393931.html
Jurnalist Elnur Əşrəfoğlu dəfn olunub - FOTO
Jurnalist Elnur Əşrəfoğlu dəfn olunub - FOTO
Koronavirusdan vəfat edən Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri, baş katibinin müavini Elnur Əşrəfoğlu dəfn olunub.
Day.Az APA-ya istinadən bildirir ki, tanınmış jurnalist Saray qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı, idman ictimaiyyəti və jurnalistlər iştirak edib.
Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxmuş Elnur Əşrəfoğlu "Yeni Klinika"da müalicə alırdı. O, ECMO aparatına qoşulmuşdu. Tanınmış jurnalist dünən vəfat edib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре