Yaxın Şərqin xəritəsini çəkən gizli əl

Day.Az представляет новость на азербайджанском языке

Terror, kəşfiyyat təşkilatları və beynəlxalq mənfəətlərlə düyün halına gələn Yaxın Şərqdə problemlərin həllində bir çox ölkə passiv rol oynayır. "Ərəb Baharı"ndan etibarən səssizliyini qoruyan İsrail Yaxın Şərqin sərhədlərini müəyyən edəcək planlarını çoxdan həyata keçirmiş kimi görünür.

Day.Az publika.az-a istinadən bildirir ki, bunu "Dərin İqtisadiyyat" jurnalında İsrailin bölgədəki siyasətini şərh edən Sinem Köseoğlu yazıb.

O, Təl-Əvivin "səssiz siyasət"ini fırtına öncəsi səssizlik kimi qiymətləndirir.

"Bölgənin bölünməsi uğrunda mübarizənin arxasında tarixi kodlar dayanır. Bu kodlar dəniz ticarətinə nəzarət etmək üçün boğazlara hakim olmaq və enerji ehtiyatlarına nəzarət etmək kimi ticari səbəblər şəklində sıralanır. Yaxın Şərqdəki qarşıdurmalar Qara dənizdən Bəsrə körfəzinə, Cəbəllütariqdən İstanbul boğazına qədər geniş əraziyə nəzarət üçündür", - Sinem Köseoğlu qeyd edib.

I Dünya müharibəsindən miras qalan "Sykes-Picot" razılaşması ilə ortaya çıxan Yaxın Şərq xəritəsinin İngiltərə və Fransanın milli maraqlarına görə müəyyən olunduğunu deyən yazar hesab edir ki, bu gün kanton, şəhər dövləti və vilayət kimi adlarla bölünmələr yaşanır: "Bu bölünmələr dinə, məzhəbə əsaslanır. Suriyanın şimalında isə Kürdüstan yaratmağa çalışırlar. İsrailin baş verənlərə qeydsiz qalması gözdən qaçmır. "Ərəb Baharı"ndan bu yana səsini yalnız Suriyada müstəqil kürd dövlətinin qurulması üçün çıxaran İsrailin durğunluğu 1996-cı il strategiyasına söykənir. Benyamin Netanyahunun baş nazir olduğu dövrdə bir qrup strateq yeni bir planı hazırlamışdı. Sözügedən plan "A Clean Break" ("Təmiz bir fasilə") amerikalı neoconlar tərəfindən yazılmışdı. Sənəd, Kemp-Devid və Oslo razılaşmalarının səhv olduğunu, "böl və fəth et" deyərək rejim dəyişikliyini nəzərdə tuturdu".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.