Azərbaycan şirkətindən icarəyə götürülən təyyarə Əfqanıstanda qəzaya uğradı - YENİLƏNİB
Day.Az представляет новость на азербайджанском языке
------------------
19.05.2016
12:33
Hadisə ilə bağlı araşdırmalara Azərbaycan XİN də qarışıb. Nazirliyin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Milli.Az-a bildirib:
""SilkWay" aviaşirkətinə məxsus olan təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı Xarici İşlər Nazirliyi "SilkWay" aviaşirkəti ilə əlaqələndirilmiş şəkildə Əfqanıstanın Xarici İşlər Nazirliyi və Bakıdakı Səfirliyi, eləcə də Əfqanıstana akkreditə olunmuş Azərbaycanın Türkmənistandakı səfirliyi ilə təmasdadır. Hadisə ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatın toplanması aparılır və digər zəruri tədbirlər görülür".
------------------
18.05.2016
22:23
Qeyri-dəqiq məlumata görə, Əfqanistanın Gilmənd əyalətində Əfqanistan daxilində yük daşımaları məqsədilə Silk Way şirkətindən icarəyə götürülən An-12 yük təyyarəsində aviasiya hadisəsinin baş verməsi barədə məlumat daxil olub.
Day.Az-ın məlumatına görə, Bakı vaxtı ilə təxminən saat 18:30 radələrində Dvayer hava limanından uçuş zamanı aviasiya hadisəsi baş verməsi barədə məlumat daxil olub.
Əldə olunan məlumata əsasən, heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.
İcarəyə götürülən təyyarə beynəlmiləl heyət tərəfindən idarə olunurdu. Heyətin tərkibinə Özbəkistan vətəndaşı (kapitan), üç Ukrayna vətəndaşı və beş Azərbaycan vətəndaşı daxildir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən hadisənin araşdırılması üzrə komissiya yaradılıb. Hazırda Əfqanıstan aviasiya qurumları ilə hadisənin səbəblərinin araşdırmaq məqsədilə mayın 19-da komissiyanın nümayəndələrinin hadisə yerinə getməsi üzrə razılaşdırma prosesi gedir.
Komissiya əlavə məlumatı KİV-in diqqətinə çatdıracaq.
***
Heyət üzvlərindən ikisinin vəziyyəti ağırdır, digərləri həyatlarını itirib.
Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
Day.Az xəbər verir ki, təyyarə pilotlarının yaxınlarının Report-a verdiyi xəbərə görə, qəza bir neçə saat öncə "AN-12" tipli yük təyyarəsi Əfqanıstandan havaya qalxdıqdan sonra baş verib.
Heyət üzvlərindən ikisinin vəziyyəti ağırdır, digərləri həyatlarını itirib.
Yaralıların Ukrayna vətəndaşları olduğu bildirilir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре