Toyda faciə: ölən və yaralananların kimliyi bilindi

Day.Az представляет новость на азербайджанском языке.

----------
17:44

Tərtərdə toy karvanında  1 nəfərin ölümünə, 4 nəfərin xəsarət almasına səbəb olan qəzada  yaralanan şəxslərin kimliyi məlum olub.
 
APA-nın xəbərinə görə, Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən yaralıların bəzilərinin vəziyyəti orta ağır olaraq qalır.
 
Tərtər Rayon Polis Şöbəsinin müstəntiqi Firuz Nuruyevin APA-ya verdiyi məlumata görə, qəza nəticəsində xəsarət alan, Ağdam rayon sakinləri  Rüstəmova Nərgiz Valeh qızı, Əsgərova Ziba Əsgər qızı,  "Mercedes" markalı avtomobilin sürücüsü  Rütəmov Taleh  Valeh oğlu və "Niva" markalı maşını idarə edən Mingəçevir şəhər sakini Səfiyev Xəyyam Ələsgər oğlu  olub. Qəza nəticəsində həlak olan 1977-ci il təvəllüdlü Həsənova Gülşən Kərəm qızı Məhkəmə Tibbi Ekspertiza tərəfindən müayinə edildikdən sonra ailəsinə təhvil verilib.  

----------
12:29

Tərtərdə toy karvanında qəza baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Tərtərin "Dörd yol" adlanan ərazisində baş verib.
 
Maşın karvanında hərəkət edən 99BK 744 dövlət nömrə nişanlı "Mercedes" markalı maşın qarşıdan gələn 90 AN 513 nömrə nişanlı "Niva" markalı avtomobillə toqquşub. Toqquşma nəticəsində "Mercedes" markalı maşın yol kənarındakı beton dirəyə çırpılıb. Qəza nəticəsində yaralanan sürücü və sərnişinlər Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanalarına çatdırılıblar.
 
Ağdam MRX-dan APA-ya verilən məlumata görə xəstəxanaya çatdırılan Gülşən Həsənovanın həyatını xilas etmək mümkün olmayıb. Mərhum G.Həsənovanın Ağdam rayon sakini olduğu, Sumqayıt şəhərində məskunlaşdığı bildirilib.
 
Hazırda faktla bağlı Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları araşdırma aparır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.