Keçən ilin əvvəlindən sonuna Türkiyənin Rusiyaya elektrik avadanlıqları ixracı 651 milyon dolları ötüb

Türkiyə 2023-cü ilin yanvar-dekabr aylarında Rusiyaya elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz artıraraq, 651,1 milyon dollara çatdırıb.

Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyənin Rusiyaya elektrik avadanlıqları ixracatı 2022-ci ilin eyni ayı ilə müqayisədə 30,8 faiz azalaraq, 45,3 milyon dollar olub.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq, 16,2 milyard dollara bərabər olub

Bu ilin dekabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 2,1 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (dekabr 2022-dekabr 2023) Türkiyə 16,2 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.