Nağı Səfərova məsul vəzifə verilib

Day.Az представляет новость на азербайджанском языке.


Dünya Taekvondo Federasiyası (DTF) Azərbaycan Taekvondo Federasiyasına (ATF) növbəti dəfə etimad göstərib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, DTF ATF-in vitse-prezidenti Nağı Səfərova məsul vəzifə verilib. Belə ki, beynəlxalq qurumun etimadına əsasən həmyerlimiz DTF-də Beynəlxalq Yarışların Təşkilat Komitəsinə üzv təyin olunub. Qeyd edək ki, ATF-in prezidenti Kəmaləddin Heydərov da DTF-də vəzifə tutur. O, beynəlxalq qurumun vitse-prezidenti vəzifəsini daşıyır.